Fransanın Tiye şəhərində keçirilmiş Qran-pri turnirinin üçüncü mərhələsində azərbaycanlı gimnast Aliyə Qarayeva 6-cı nəticə göstərib.
Azərbaycanın gimnastika Federasiyasının mətbuat xidmətindən Trend ə bildirilib ki, idmançı çoxnövçülükdə 62.1 xal toplayıb və yenidən yekun cədvəlində dünya çempionatının gümüş mükafatçısı olub. O, ukraynalı Anna Bessonova və Afina Olimpiadasının iştirakçısı, qazaxıstanlı Aliə Yusupovanı geridə qoyub. Daha bir altıncı yeri Qarayeva iplə oyunun finalında tutub(15.75), iki yeddinci nəticəni topla (16.025) və lentlə (15.475), nəhayət səkkizinci nəticəni gürzlərlə 14.475 xal toplayaraq göstərib.
Onun komanda yoldaşı Anna Qurbanova gürzlərlə final tapşırığından sonra 15.050 xal toplayaraq yeddinci olub. Çoxnövçülükdə o, 29 iştirakçı arasında 10-cu yeri (59.575 xal) tutub.
Rusiyalı Vera Sesina, Alina Kabayeva və Olqa Kapranova bu sırada üçlüyü tamalayıb. Tiyedə Qran-pri ilə paralel olaraq qrup tapşırıqlarında komandalar üçün beynəlxalq turnir keçirilib. Azərbaycan kollektivi çoxnövçülükdə iki tapşırığın nəticəsinə görə 8-ci (23.75 xal) olub və finalda 5 lentlə özünə yer ayırıb. Amma bir sıra səhvlər qrupumuzu yenidən 8-ci yerə (11.075 xal) gətirib çıxarıb. Burada isə qələbəni Belarus, Rusiya və Çin komandaları bayram edib.
Azərbaycanın Gimnastika Federasiyasının mətbuat xidməti bildirir ki, Aliyə Qarayeva və ölkənin qrup komandası Sena sahilindən Neva sahilinə 31 mart -2 apreldə "Jemçujina Sankt-Peterburqa" beynəlxalq turnirində iştirak etmək üçün yola düşəcək.
Həmin vaxt Lublyanada daha bir beynəlxalq turnir - "Slovenian Çelendj" keçiriləcək və orada Dinara Qimatova iştirak edəcək.