"2006-cı ildə Azərbaycan Dövlət Tibb Universitetinə tələbə qəbulu üzrə yerlərin sayının azaldılması gözlənilir. Bu məsələ Universitet və Səhiyyə Nazirliyinin rəhbərliyi ilə müzakirə olunub". Trend in xəbər verdiyi kimi, bu barədə martın 30-da jurnalistlərə səhiyyə naziri Oqtay Şirəliyev məlumat verib.
Onun sözlərinə görə, ötən illə müqayisədə bu il qəbul üzrə yerlərin sayının xeyli azaldıldılması ilə bağlı hazrlanmış təkliflər baxılmaq üçün artıq ölkənin Nazirlər Kabinetinə təqdim edilib.
Bundan başqa, hazırda Tibb Universitetində həm müəllimlərin, həm də tələbələrin peşəkar səviyyəsinin artırılması ilə bağlı işlər aparılır. Bu istiqamətdə strukturun maddi-texniki bazası və müasir avadanlıqlarla təchizatı əsas rol oynayır. Nazir bildirib ki, ölkənin regionlarında tibb işçiləri üçün təxminən 2 min vakant iş yeri var. "Bu məsələni həll etmək məqsədilə 2006-cı ilin məzunları təyinatla Azərbaycanın müxtəlif regionlarına göndəriləcək", - O.Şirəliyev sonda qeyd edib.