...

Dzü-doçu Ramil Qasımov Minskdə Dünya Kuboku mərhələsində 5-ci yeri tutub

Cəmiyyət Materials 3 Aprel 2006 17:41 (UTC +04:00)

Azərbaycanlı dzü-doçu Ramil Qasımov (66 kq) Minskdə keçirilən Dünya Kuboku mərhələsində 5-ci yerə çıxıb.

Trend in verdiyi məlumata görə, idmançı özünün debüt qapşıdurmasında tatami sahibi Aleksandr Krivoşeyevə qalib gəlsə də, növbəti görüşdə Vitali Verxoturova məğlub olub. Lakin R.Qasımovun rəqibi finala çıxmağa nail olub. Dzü-doçumuz bürünc mükafat uğrunda mübarizə aparmaq hüququ əldə edib. Oyunlardan birində o, Kiprdən olan idmançı Teodos Mandridisə qalib gəlib, lakin sonrakı döyüşdə portuqaliyalı Tyaqo Lopesə uduzaraq beşinci olub.

Qeyd etmək lazımdır ki, turnir başa çatdıqdan sonra komanda yarışın bir çox iştirakçıları ilə birlikdə Minskdəki təlim -məşq toplantısına qalacaq.

Xəbər lenti

Xəbər lenti