...

Azərbaycan XİN Ramil Səfərovla bağlı vəziyyəti diqqət mərkəzində saxlamaqda davam edəcək

Cəmiyyət Materials 14 Aprel 2006 16:39 (UTC +04:00)

Azərbaycanın Xarici İşlər Nazirliyi barəsində Budapeşt məhkəməsinin ömürlük həbs cəzası hökmü çıxardığı azərbaycanlı zabit Ramil Səfərovla bağlı vəziyyəti diqqət mərkəzində saxlamaqda davam edəcək. Bu barədə Trend ə Azərbaycan XİN-nin mətbuat və informasiya siyasəti idarəsinin rəisi Tahir Tağızadə məlumat verib.

Nazirlik məhkəmə hökmü ilə bağlı rəsmi bəyanatla çıxış etməyi planlaşdırmır. Bu, hüquqi vasitələrlə, yəni apellyasiya yolu ilə həyata keçirilən hüquqi prosesdir. "Xarici İşlər Nazirliyinin rolu Azərbaycanın Macarıstandakı səfirliyinin əvvəllər olduğu kimi, indi də daim vəziyyətin mərkəzində olmasından ibarətdir", deyə XİN idarəsinin rəisi qeyd edib.

Xəbər lenti

Xəbər lenti