...

Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri ABŞ səfirini qəbul edib

Cəmiyyət Materials 17 Aprel 2006 20:22 (UTC +04:00)

Trend agentliyinin məlumatına əsasən, Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Hacı Allahşükür Paşazadə ABŞ-ın Azərbaycandakı səfiri Rino Harnişi diplomatik missiyasının sona çatması ilə əlaqədar qəbul edib.

Tərəflər görüş zamanı Azərbaycan-Amerika əməkdaşlığının inkişaf aspektlərini, Qafqaz və Yaxın Şərqdəki vəziyyəti müzakirə edib.

ABŞ diplomatı Azərbaycanda tolerantlığın və nümunəvi millətlərarası münasibətlərin formalaşmasında A.Paşazadənin rolunu yüksək qiymətləndirib. Öz növbəsində, A.Paşazadə ümidvar oluduğunu bildirib ki, ABŞ tərəqqi etməkdə olan Azərbaycana həmişə dost münasibət bəsləyəcək və fövqəldövlət kimi ölkəmizin başlıca problemi olan Dağlıq Qarabağ münaqişəsinin hallində daha fəal mövqe nümayiş etdirəcək.

Xəbər lenti

Xəbər lenti