...

Yunan-Roma güləşi üzrə Azərbaycan yığmasının liderləri Avropa çempionatına getməyəcək

Cəmiyyət Materials 18 Aprel 2006 17:01 (UTC +04:00)

Yunan-Roma güləşi üzrə Azərbaycan yığması aprelin 25-də Moskvada başlanacaq Avropa çempionatına liderlərsiz getməli olacaqlar.

Komandanın baş məşqçisi Elçin Cəfərov Trend ə bildirib ki, aldıqları zədələrə görə Afina Olimpiya oyunlarının qalibi Fərid Mənsurov, qitə birinciliyinin qalibi Vitali Rəhimov, eləcə də İlqar Abdulov yarışda iştirak etməyəcəklər. Digər tərəfdən isə dünya çempionatının finalçısı, mundialdan sonra dopinq sınaq göstəriciləri müsbət nəticə vermiş Hüsaməddin Rəcəbov bu mövsüm ərzində xalça üzərinə çıxa bilməyəcək.

Bununla əlaqədar, Moskvadakı yarışda Rövşən Bayramov (55 kq), Fuad Əliyev (60 kq), Elbrus Məmmədov (66 kq), Elvin Mürsəliyev (74 kq) və Calal Bahadurov (96 kq) iştirak edəcəklər.

Xəbər lenti

Xəbər lenti