...

Musa Hümbətov: Azərbaycanda özəl həbsxnaların yaradılması hələ çox tezdir

Cəmiyyət Materials 21 Aprel 2006 14:22 (UTC +04:00)

Azərbaycanda özəl həbsxanaların yaradılması hələ çox tezdir. Bku barədə Trend ə məlumat verən Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinin Qərargah rəisi Musa Hümbətovun sözlərinə görə, hüquq müdafiəçilərinin bununla bağlı son vaxtlar müzakirələr aparması düzgün deyil.

Qərargah rəisi hesab edir ki, Azərbaycanda məhkumun özəl həbsxana şəraitində saxlanması mümkün deyil. "Çünki bizim məhkumların maddi cəhətdən özünü dolandırması buna yol vermir. Digər tərəfdən isə özəl həbsxanaların yaradılması istər-istəməz məhkumlar arasında aşağı və yuxarı təbəqələrin yarranmasına gətirib çıxarır. Azərbaycanda məhkumların hüquqları eyni olduğundan belə ayrıseçkiliyə yol vermək düzgün deyil" - deyə M.Hümbətov bildirib.

Ancaq bununla belə qərargah rəisi gələcəkdə bu tip həbsxanaların yaradılacağını da istisna etmir. M.Hümbətov hesab edir ki, özəl həbsxanaların yaradılması üçün əvvəlcə məhkumlar maddi cəhətdən yüksək təmin olunmalı, bu tip həbsxanaları açanlar əvvəldə həbsxana daxilində iş yerləri açılmalıdır. "Azərbaycanda isə bunu yaratmaq üçün hələ çox illər lazımdır" - deyə o, vurğulayıb.

Xəbər lenti

Xəbər lenti