...

Azərbaycan mütəxəssisləri MDB-nin vahib farmakopeyasında iştirak edə bilərlər

Cəmiyyət Materials 21 Aprel 2006 15:35 (UTC +04:00)

Dərman vasitələrinin standartlaşdırılması, qeydiyyatı və keyfiyyətinə nəzarət üzrə Hökumətlərarası komissiyanın qəbul etdiyi qərara görə, əlavə təsirinin aşkara çıxarılması üzrə vahid mərkəz yaradılacaq. Trend in verdiyi məlumata görə, bu barədə aprelin 21-də komissiyanın rəhbəri Viktor Dmitriyev məlumat verib.

Onun sözlərinə görə, mərkəz Moskvada Birlik dövlətlərinin tibbi- əczaçılıq Assosiasiyasının bazasında yerləşəcək. Bundan əlavə, MDB-də vahid farmokopeyanın hazırlanması üzrə işlər aparılır.

"Bu gün işçi qrup məhz MDB ölkələri üçün xarakterik olan farmakopeyaya dair sənədin ümumi maddələrini hazırlayırlar və Azərbaycan mütəxəssislərinin peşəkarlıq səviyyəsini nəzərə alaraq biz ola bilər ki, ümumi işlərdə iştirak etmək üçün dəvət edə bilərik", -deyə o qeyd edib.

Viktor Dmitriyevin səfəri aprelin 20-də başlayıb. O, Bakıda MDB ölkələrində farmakopeya sektorunun nizamlanması ilə bağlı layihələr ətrafında, eləcə də Azərbaycanda saxta dərman preparatlarının yayılması ilə mübarizə problemləri ilə bağlı məsləhətləşmələr aparır.

Xəbər lenti

Xəbər lenti