Aprelin 25-də Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Çon-Vuk-Li Bakıya gəlir. Bu barədə Trend ə Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova məlumat verib.
Onun sözlərinə görə, səfərin birinci günü o, Şəhidlər Xiyabanı və Fəxri Xiyabana baş çəkəcək.
Aprelin 26-da Çon-Vuk Li Ağciyər xəstəlikləri üzrə Elmi-Tədqiqat İnstitutuna baş çəkəcək, burada "quş qripi" virusuna yoluxmuş xəstələrin müalicəsi üzrə ixtisaslaşmş şöbəyə baxış keçirəcək.
Bundan başqa, o, Azərbaycanın səhiyyə naziri Oqtay Şirəliyevlə görüşəcək. Görüş zamanı əməkdaşlığın inkişafı, ölkənin səhiyyə sahəsində aparılmış islahatlar, Qafqaz və Anadolu regionlarında "quş qripi" virusunun qarşısının alınması, səhiyyə sahəsinin inkişafı ilə bağlı məsələlərin müzakirəsi planlaşdırılır. Səfərin yekunları üzrə mətbuat-konfransı keçiriləcək.
Qeyd edək ki, bu, ÜST rəhbərinin Azərbaycana ilk səfəridir.