...

Azərbaycan Şahmat Federasiyası yeni ofisə köçür

Cəmiyyət Materials 24 Aprel 2006 14:27 (UTC +04:00)

Azərbaycan Şahmat Federasiyası yaxın ay ərzində yeni ofisə köçməyi planlaşdırır.

Təşkilatın vitse-prezidenti Faiq Həsənovun Trend ə verdiyi məlumata görə, Azərbaycan prezidenti İlham Əliyevin tapşırığı ilə Federasiyanın inzibati binası üçün yer ayrılıb və hazırda burada təmir işləri aparılır. "Düşünürəm ki, yaxın ay ərzində bütün işlər başa çatacaq və biz ofisə köçə biləcəyik. Əvvəllər bizim qərargah mənzilimiz olmadığından müəyyən problemlərlə rastlaşırdıq", - deyə F.Həsənov vurğulayıb.

Qeyd edək ki, son illər ərzində Azərbaycanın bütün aparıcı şahmatçıları daim müxtəlif turnirlərin keçirildiyi Respublika Şahmat Klubunda toplaşır.

Xəbər lenti

Xəbər lenti