...

Ədliyyə Nazirliyinin Hüquq Tədris Mərkəzində əcnəbi mütəxəssislərin mühazirələri dinlənilib

Cəmiyyət Materials 25 Aprel 2006 13:22 (UTC +04:00)

Aprel ayı ərzində Ədliyyə Nazirliyinin Hüquq Tədris Mərkəzində hakimliyə namizədlər tərəfindən bir sıra əcnəbi hüquq mütəxəssislərinin və hakimlərinin mühazirələri dinlənilib. Bu barədə Trend ə Hakimlərin Seçki Komitəsinin sədri İman Nağıyev məlumat verib.

İ.Nağıyevin sözlərinə görə, namizədlər üçün keçirilən 5 aylıq kurslarda yüksək məhkəmə hakimlərinin, görkəmli alimlərin, zəngin biliyə və təcrübəyə malik olan şəxslərin, habelə nüfuzlu xarici mütəxəssislərin mühazirələri 56 namizəd tərəfindən maraqla dinlənilir.

Artıq Avropa Ümumi Hüquq Mərkəzinin direktoru, professor S.Floqaitus, Almaniya Texniki Əməkdaşlıq Cəmiyyətinin Azərbaycan və gənc müstəqil ölkələrdə hüquq islahatları layihəsinin rəhbəri, professor R.Knipper, Fransa Apellyasiya Məhkəməsinin hakimi P.Henriot və digərləri öz mühazirələrini başa vurublar. Mühazirələr insan haqları, korrupsiya, məhkəmə etikası, hakimin davranışı, məhkəmədə işin səmərəli təşkili və digər mövzular ətrafında olub.

Qeyd edək ki, imtahanları uğurla başa vurmuş 56 namizəd bu tədris kurslarına cari ilin fevral ayından cəlb olunub. İyul aynıda başlanacaq növbəti mərhələ isə müxtəlif instansiya məhkəmələrində stajkeçmə mərhələsi olacaq.

Xəbər lenti

Xəbər lenti