...

AFFA klubların xahişi ilə oturub-durmaq niyyətində deyil

Cəmiyyət Materials 24 May 2006 13:37 (UTC +04:00)

Ölkə çempionatının son turunun eyni vaxtda keçirilməsi ilə bağlı bəzi klubların xahişinə baxmayaraq, birincilik üzrə görüşlər 2 gün ərzində keçiriləcək.

Yarışların təşkili Departamentinin rəhbəri Məlik Həsənovun Trend ə verdiyi məlumata görə, fiziki cəhətdən görüşləri eyni vaxtda təşkil etmək olmaz. "Birdən birə 3 komanda T.Bəhramov adına Respublika stadionunda oyun keçirir. Qarşıdakı turda ölkənin əsas idman arenasında "Neftçi"-"Xəzər"və "Bakı"-"İnter" oyunu keçirilməlidir. Aydındır ki, belə vəziyyətdə oyunlar eyni vaxtda başlana bilməz, axı cəmi bir stadion var", - deyə M.Həsənov qeyd edib.

Onun sözlərinə görə, birincilik üzrə yekun görüşlər mayın 29-30-da keçiriləcək.

Xəbər lenti

Xəbər lenti