...

Ədliyyə Nazirliyi cəzaçəkmə müəssisələrindəki psixoloq çatışmazlığını aradan qaldırmaq üçün tədbirlər planı hazırlayıb

Cəmiyyət Materials 30 May 2006 15:22 (UTC +04:00)

Azərbaycanın Ədliyyə Nazirliyi öz tabeliyindəki cəzaçəkmə müəssisələrində psixoloq çatışmazlığı problemini aradan qaldırmaq məqsədilə tədbirlər planı hazırlayıb. Bu barədə Trend ə Ədliyyə Nazirliyi Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinin Qərargah rəisi Musa Hümbətov məlumat verib.

Tədbirlər planına daxil olan məsələlərdən biri cəzaçəkmə müəssisələrində psixoloq ştatlarının artırılmasıdır. "Hazırda cəmi 5 psixoloq ştatı var. Bu da cəzaçəkmə müəssisələrinin sayına görə azdır. Cəzaçəkmə müəssisələrində saxlanılan məhkumların sağlam cəmiyyətə qayıdışı üçün isə onların hələ müəssisədə saxlanıldıqları müddət ərzində psixoloqla ünsiyyətdə olması vacibdir. Lakin dəfələrlə göstərdiyimiz cəhdlərə baxmayaraq psixoloqlar dustaqlarla işləməyi özləri üçün məqsədəuyğun hesab etmirlər" - deyə M.Hümbətov söyləyib.

Qərargah rəisi onu da vurğulayıb ki, yaxın vaxtlarda bir neçə psixoloqa təkrar müraciətlər olunacaq və işləri müqabilində onlara yüksək maaş təklif ediləcək.

Xəbər lenti

Xəbər lenti