...

"Azərbaycanın məhkəmə sistemində islahatların həyata keçirilməsində xarici ölkələrin təcrübəsi" mövzusunda dəyirmi masa keçirilib

Cəmiyyət Materials 31 May 2006 17:33 (UTC +04:00)

Xarici ölkələrin təcrübəsi Azərbaycanın məhkəmə sistemindəki islahatların həyata keçirilməsində böyük rol oynayır. Trend in xəbərinə görə, bu fikirləri mayın 31-də "Azadlıqdan Məhrumetmə Yerlərinin Müşahidəsi" İctimai Birliyinin təşəbbüsü ilə "Azərbaycanın məhkəmə sistemində islahatların həyata keçirilməsində xarici ölkələrin təcrübəsi" mövzusunda keçirilmiş dəyirmi masada Birliyin sədri Kamil Səlimov söyləyib.

K.Səlimov qeyd edib ki, son illər Azərbaycanda sosial, siyasi və iqtisadi münasibətlər sahəsində, o cümlədən məhkəmə sistemi sahəsində islahatlarla bağlı təsirli tədbirlər həyata keçirilir. Bu proses əhalidə ədalət mühakiməsinin həyata keçirilməsi fəaliyyətində məhkəmələrə və hakimlərə qarşı etimad yaradılması ilə müşayiət olunur.

"Xüsusi tədqiqatlar göstərir ki, hazırda ən yüksək etimad göstəricisinə ABŞ məhkəmə orqanları malikdir: rəyi soruşulanların 33%-i məhkəmə hakimiyyətinə etimad göstərdiklərini bildiriblər. Məhkəmə sistemində islahatların aparılması sahəsində ABŞ-ın təcrübəsi Azərbaycan üçün çox faydalı olar" - deyə K.Səlimov söyləyib.

Tədbirdə həmcinin K.Səlimovun "ABŞ məhkəmə icraatı sisteminin təşkili və fəaliyyətinin xüsusiyyətləri" kitabının təqdimatı da olub. Tədbir iştirakcilarinin qənaətinə görə, kitab Azərbaycanın məhkəmə sistemində islahatların aparılmasına, əhalidə məhkəmə fəaliyyətinə inamın gücləndirilməsində xususi rol oynayacaq.

Tədbirdə hüquq muhafizə orqanlarının və QHT sektorunun numayəndələri də iştirak edib.

Xəbər lenti

Xəbər lenti