...

Zemfira Məftahəddinova Almaniyada keçirilən Dünya kubokunun finalına çıxa bilmədi

Cəmiyyət Materials 8 İyun 2006 20:02 (UTC +04:00)

Afina Olimpiyadasının bürünc mükafatçısı Zemfira Məftahəddinova stend atıcılığı üzrə proqramda Almaniyada keçirilən Dünya kubokunun finalına çıxa bilməyib.

Trend in verdiyi xəbərə görə, iki çıxış zamanı idmançı qırx dörd xal yığıb. Almaniyadan olan Kristin Brinker, Rumıniyalı Lyusiya Lixalaçe, amerikalı Konni Smotek, çexiyalı İva Vratna, İtaliyadan olan Katuisiya Spada və belçikalı İzabel Ley də analoji nəticə göstəriblər. Lakin əlavə göstəricilərə görə ilk dörd snayper finalda yer tutub. Bunun nəticəsində də Zemfira Məftəhəddinova medal uğrunda mübarizəyə daxil ola bilməyib.

Xatırladaq ki, Dünya kuboku mərhələsinin qalibi Olimpiadaya vəsiqə qazanacaq.

Xəbər lenti

Xəbər lenti