...

Moskva Dövlət Universiteti nəzdində azərbaycanşünaslıq şöbəsi yaradılıb

Cəmiyyət Materials 9 İyun 2006 13:21 (UTC +04:00)

Azərbaycan-Rusiya parlamentlərarası dostluq qrupunun rəhbəri, Milli Məclisin regional məsələlər daimi komissiyasının sədri Arif Rəhimzadə Moskva Dövlət Universiteti (MDU) nəzdində postsovet məkanında ictimai-siyasi problemlər mərkəzinin rəhbəri, Yaxın Şərq ölkələrinin tarixi kafedrasının müdir müavini Aleksey Vlasovla görüşüb. Bu barədə Trend ə Milli Məclisin mətbuat xidmətindən bildirblər.

A.Vlasov bildirib ki, MDU-nin nəzdində Azərbaycanşünaslıq şöbəsi yaradılıb. Bu şöbədə Azərbaycan dili və tarixi tədris olunur, burada təhsil alan rus və xarici tələbələrə Azərbaycan dili öyrədilir. A.Vlasov qeyd edib ki, bu sahədə daha da uğurlu nəticələr əldə etmək üçün Azərbaycan tərəfinin dəstəyi zəruridir.

A.Rəhimzadə MDU-da Azərbaycan dili və tarixi şöbəsinin açılmasını yüksək qiymətləndirib. Millət vəkili qeyd edib ki, bu şöbə Azərbaycan-Rusiya dövlətəri arasındakı əlaqələrin inkişafına təkan verəcək, eyni zamanda parlamentlərarası əlaqələrin daha da genişlənməsinə şərait yaradacaq.

Xəbər lenti

Xəbər lenti