...

Azərbaycanın boks yığması Tiranada keçiriləcək Avropa birinciliyində çıxış edəcək

Cəmiyyət Materials 13 İyun 2006 14:45 (UTC +04:00)

Azərbaycanın boks yığması iyunun 13-də Tiranada yeniyetmələr arasında keçiriləcək Avropa birinciliyində çıxış edəcək.

Komandanın məşqçisi Nəriman Abdullayevin Trend ə verdiyi məlumata görə, alban rinqinə Bəxtiyar Nadirov (46 kq), Qədir Əliyev (48 kq), İlkin Ağayev (50 kq), Şəhriyar Tağıyev (52 kq), Elnur Əliyev (54 kq), Qismət Eynullayev (57 kq), Ağakərim Abdullayev (60 kq), Vüqar Kərimov (63 kq), Fərid Mövsümov (66 kq), Rəşad Müslümov (70 kq), Hafiz İsgəndərov (75 kq), Malik Məmmədzadə (80 kq) və Rüstəm Şamilov (86 kq) çıxacaq. Məşqçi qeyd edib ki, onun yetirmələri mükafat uğrunda mübarizə aparmaq əzmindədir. Belə ki, bir sıra idmançılar ötən il keçirilmiş analoji yarışda uğurlu çıxış nümayiş etdirib.

Yerli dəri əlcək ustalarımızın əsas rəqiblərinin Rusiya, Ukrayna, Belarus, Rumıniya və digər ölkə boksçularının olacağı gözlənilir.

Xəbər lenti

Xəbər lenti