...

Məhkəmə Hüquq Şurasının üzvlərindən ibarət nümayəndə heyəti Strasburqda işgüzar səfərdə olub

Cəmiyyət Materials 13 İyun 2006 15:05 (UTC +04:00)

Məhkəmə Hüquq Şurasının üzvlərindən ibarət nümaynədə heyəti Strasburqda işgüzar səfərdə olub. Bu barədə Trend ə Məhkəmə Hüquq Şurası Aparatının rəhbəri Cavid Hüseynov məlumat verib.

Nümayəndə heyətinə Ədliyyə Nazirliyinin Təşkilat və Analitik İdarəsinin rəisi və Kollegiyasının üzvü Azər Cəfərov rəhbərlik edib.

Nümayəndə heyəti Azərbaycanda hakimlərin müstəqilliyi, seçilməsi, təyinatı və işinin qiymətləndirilməsi üzrə Azərbaycan-Avropa Şurası İşçi Qrupunun 7-ci iclasında, eləcə də hakimlərin ilkin və davamlı təliminin hüquqi çərçivəsi üzrə birgə Komissiyası İşçi Qrupunun 4-cü toplantısında iştirak edib.

İclasda məhkəmə sisteminin muasirləşdirilməsi üzrə ölkəmizdə görülən tədbirlər, hakimlərin fəaliyyətinin qiymətləndirilməsi qaydalarının, etik davranış kodeksinin, hakimlərin intizam məsuliyyətinə cəlb edilməsi prosedurunun layihələri barədə ətraflı fikir mübadiləsi aparılıb.

Eyni zamanda, Azərbaycanda məhkəmə fəaliyyətinin səmərəliliyinin artırılması üzrə prioritetlərə diqqət yetirilib.

İşçi Qrupunun 4-cü toplantısında isə Azərbaycanda hakimlər və prokurorların ilkin və davamlı təhsili üçün proqramların layihələri, Azərbaycanda Hüquq Akademiyasının strukturu və onun fəaliyyət istiqamətlərinə dair məsələlər müzakirə edilib.

Xəbər lenti

Xəbər lenti