...

Ekologiya Nazirliyi qum-çınqıl yataqlarının səmərəli istifadəsi üzrə reydlər keçirib

Cəmiyyət Materials 14 İyun 2006 20:09 (UTC +04:00)

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Azərbaycanda "Vəlvələçay", "Qaraçay" (Quba-Xaçmaz), "Şəmkirçay" (Şəmkir), "Bəhramtəpə-1", "Bəhramtəpə-2", "İmişli" (İmişli), "Lənkərançay" (Lənkəran) və "Ağsu" qum-çınqıl yatağlarının səmərəli istifadəsi üzrə reydlər keçirib.

Trend agentliyinin nazirliyə istinadən yaydığı məlumata əsasən, 2005-ci il və 2006-cı ilin son 5 ayında keçirilən reydlər nəticəsində aşkarlanıb ki, yalnız bir neçə karxana qanunvericilikdə nəzərdə tutulmuş tələbləri yerinə yetirir, 26 karxana isə qanunsuz fəaliyyət göstərir. Nazirlik ətraf mühitə vurulmuş ziyana görə 58400 AZY həcmində iddia qaldırıb.

Analoji obyektlərin qanunsuz fəaliyyətinə toxunaraq nazirlikdən bildiriblər ki, şəhərdə aparılan yoxlamalar nəticəsində burada 8 obyektin fəaliyyət göstərdiyi aşkarlanıb. Bunların 5-nə qarşı ətraf mühitə vurulmuş ziyana görə 58400 AZY həcmində iddia qaldırılıb. Bu karxanaların bağlanması haqqında dövlət orqanlarına müraciət edilib.

Xəbər lenti

Xəbər lenti