...

Mətbuat Şurası birillik layihənin ilk mərhələsini başa çatdırıb

Cəmiyyət Materials 19 İyun 2006 18:31 (UTC +04:00)

Mətbuat Şurası Açıq Cəmiyyət İnstitutu - Yardım Fondunun dəstəyi ilə həyata keçirdiyi layihənin ilk mərhələsini başa çatdırıb. Şuradan Trend ə verilən məlumata görə, 2005-ci il oktyabrın 20-dən bu ilin müvafiq dövrünədək müddəti əhatə edəcək həmin layihədə görülən işlər 4 istiqamətdə aparılmaqdıdır.

Bura kütləvi informasiya vasitələrində ictimai-siyasi xadimlərin, dövlət məmurlarının, ayrı-ayrı vətəndaşların şərəf və ləyaqətinə, işgüzar nüfuzuna toxunan materiallarla bağlı müraciətlərin Şurada araşdırılması, dövlət qurumları ilə KİV-lər arasında konfliktli hallara məhkəmələrdə deyil, MŞ-nin müvafiq komissiyasında baxılması, bülletenlərin nəşri və KİV-lərdə gedən materialların monitorinqi daxildir.

Mətbuat Şurasına birinci mərhələdə 212 şikayət daxil olub, bunlardan 115-i Şuranın katibliyində həllini tapıb. Katiblikdə şikayətlərdən 79-u əsassız sayılıb, digər 36-sında isə tərəflər arasında anlaşma əldə olunub. Komissiya bu müddətdə müzakirəyə çıxardığı məsələlərin 41-də qəzetlərdə təkziblərin verilməsinə nail olub, 56 məsələ ilə bağlı hazırlanan qərar layihələri baxılmaq üçün Şuranın İdarə Heyətinə təqdim edilib. İdarə Heyəti bunlardan 26-ı əsasında qərarlar çıxarıb. 30 halda isə tərəflər arasında qarşılıqlı anlaşma əldə olunduğuna görə komissiyanın rəyləri ilə kifayətlənmək məqsədəmüvafiq sayılıb.

Mətbuatla dövlət qurumları arasında problemlərin həlli Daimi Komissiyasında isə 42 şikayət araşdırılaraq müvafiq tədbirlər görülüb.

Xəbər lenti

Xəbər lenti