...

İyulun ilk ongünlüyündə ədliyyə həftəsi keçiriləcək

Cəmiyyət Materials 23 İyun 2006 16:16 (UTC +04:00)

İyul ayının ilk ongünlüyündə Azərbaycanda ədliyyə həftəsi keçiriləcək. Bu barədə Trend ə Ədliyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Aydın Ağazadə məlumat verib.

Ədliyyə həftəsi çərçivəsində ədliyyə naziri Fikrət Məmmədovun və Ədliyyə Nazirliyinin mərkəzi aparatının digər vəzifəli şəxslərinin jurnalistlərlə göruşu planlaşdırılıb. Həmçinin Ədliyyə Nazirliyinin son 1 illik fəaliyyəti ilə əlaqədar kütləvi informasiya vasitələrində geniş materiallar da nəşr olunacaq.

Xəbər lenti

Xəbər lenti