...

Qarabağ məsələsi Dini Liderlərin Ümumdünya sammitində müzakirə olunacaq

Cəmiyyət Materials 3 İyul 2006 12:57 (UTC +04:00)

Qarabağ məsələsi iyulun 3-də Moskvada başlamış Dini Liderlərin Ümumdünya Sammitində müzakirə olunacaq. Bu barədə Trend ə Qafqaz Müsəlmanları İdarəsindən məlumat verilib.

Sammitdə iştirak edən QMİ sədri, şeyxülislam Hacı Allahşükür Paşazadə dini liderləri Azərbaycanın hüquqi işinin dəstəklənməsində həmrəyliyə çağıracaq. Şeyxülislamın bütün ermənilərin dini lideri II Qareginlə görüşündə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi də müzakirə oluna bilər.

Sammitdə bu mövzular müzakirəyə çıxarılacaq: müasir cəmiyətdə dinin rolu, müasir cəmiyyətdə mənəvi dəyərlərin qorunması və təsdiqlənməsi, buna görə dinin məsuliyyət daşıması, terrorçuluq və ekstremizmin qarşısının alınması yolları, gənclərin təhsili və əxlaqi cəhətdən tərbiyələndirilməsinin vacibliyi, ailə və insani dəyərlərin dəstəklənməsi, KİV-in rolu, ekoloji məsuliyyət, dialoq və tərəfdaşlıq və s.

Sammitin yekunları üzrə Böyük Səkkizliyin liderlərinə müraciət qəbul olunacaq və sənəd təşkilatın Sankt-Peterburq sammitində dövlət başçılarına təqdim olunacaq.

Xəbər lenti

Xəbər lenti