...

Hüquqi səbəblərə görə orduya çağırılmamış bakalavrlar magistraturaya qəbul imtahanlarında iştirak edə bilərlər

Cəmiyyət Materials 4 İyul 2006 15:20 (UTC +04:00)

Yalnız hər hansı hüquqi səbəbdən silahlı qüvvələr sırasına çağırılmamış bakalavrlar magistraturaya qəbul imtahanlarında iştirak edə bilərlər. Bu barədə Trend ə qəbul imtahanlarının təşkilatçısı Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) xəbər verib.

Dövlət komissiyasında qeyd ediblər ki, qəbul imtahanlarında iştirak üçün bakalavrlara orduya çağırışdan möhlətin verilməsi Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmayıb. Ötən illər bu problem möhlətin alınmasına görə əlaçı məzunlara xüsusi arayışların verilməsi formasında qeyri-hüquqi səviyyədə bəzi ali təhsil müəssisələri tərəfindən həll olunurdu. Lakin, TQDK bəyan edib ki, bu təcrübə heç bir hüquqi qüvvəyə malik deyil.

Bütün bakalavrlar magistraturaya qəbul olunmaq üçün sənəd verə bilərlər və bu halda onlardan hərbi xidmətdən möhlət haqqında arayış tələb olunmayacaq. Magistraturaya qəbul imtahanlarının orduya çağırış bitdikdən sonra keçirilməsi planlaşdırılır. Beləliklə, bütün bakalavrlar qəbul üçün sənəd versələr də, imtahanlarda yalnız hər hansı hüquqi səbəbdən hərbi xidmətə çağırılmamış şəxslər iştirak edə bilər.

Xəbər lenti

Xəbər lenti