...

Azərbaycanlı voleybolçular Boris Yeltsin Kubokuna yola düşüb

Cəmiyyət Materials 5 İyul 2006 15:48 (UTC +04:00)

Azərbaycanın qadınlardan ibarət voleybol yığması iyulun 7-də Rusiyanın 1-ci prezidenti Boris Yeltsin Kubokunun 4-cü oyununda iştirak etmək üçün Yekaterinburqa yola düşüb.

Milli Federasiyanın mətbuat katibi Zöhrab Gözəlbəylinin Trend ə verdiyi məlumata görə, Faiq Qarayevin yetirmələri Türkiyədə bir neçə yoxlama görüşü keçirdikdən sonra bu nüfuzlu turnirin keçiriləcəyi Yekaterinburqa yola düşüb. "5 iyul - iştirakçı komandaların yarışın keçiriləcəyi Yekaterinburqa və Nijni Taqilə gəlmə tarixidir. Növbəti gün qızlarımıza arena veriləcək, iyulun 7-də isə onlar mübarizəyə başlayacaq", - deyə Z.Gözəlbəyli vurğulayıb.

Xatırladaq ki, "B" qrupuna düşən komanda Hollandiya, Rusiyanın

gənclərdən ibarət 1-ci yığması ilə oynayacaq.

Xəbər lenti

Xəbər lenti