...

Misirin səhiyyə naziri Azərbaycana səfər edəcək

Cəmiyyət Materials 6 İyul 2006 17:01 (UTC +04:00)

İlin sonunadək Misirin səhiyyə naziri Hatəm əl-Qabali Azərbaycana səfər edəcək. Bu barədə Trend ə Misirin Azərbaycandakı səfirliyindən məlumat verilib.

Nazirin Azərbaycana səfəri zamanı hər iki ölkə arasında səhiyyə sahəsində, xüsusilə mütəxəssislərin hazırlanması, təcrübə mübadiləsi, quş qripi və digər yoluxucu xəstəliklərlə mübarizə sahəsində əməkdaşlığın inkişafı məsələlərinin müzakirəsi gözlənilir.

Xatırladaq ki, belə bir səfərin gerçəkləşdirilməsi haqqında razılaşma hələ ötən il əldə olunmuşdur. Misirin keçmiş səhiyyə naziri Avad Tacuddin ilin əvvəlində Azərbaycana səfər etməyi planlaşdırsa da, o, ölkə hökumətində baş verən dəyişikliklərlə əlaqədar vəzifəsindən azad edilmişdir.

Nazirlə birgə Azərbaycana səhiyyə və əczaçılıq sahələrində çalışan işgüzar şəxslərdən ibarət nümayəndə heyətinin də gələcəyi gözlənilir.

Xəbər lenti

Xəbər lenti