...

Azərbaycanın stolüstü tennis yığması Avropa birinciliyində iştirak edəcək

Cəmiyyət Materials 21 İyul 2006 16:24 (UTC +04:00)

Azərbaycanın stolüstü tennis yığması iyulun 21-də Bosniyada yeniyetmə və gənclər arasında Avropa birinciliyində iştirak edəcək.

Trend in xəbər verdiyi kimi, yeniyetmələrdən ibarət kollektivin tərkibinə Səbinə Əhmədova, Diana Rodnikova, Rüstəm və Elvin Əliyevlər daxildir. Zərif cinsin nümayəndələri Portuqaliya, İspaniya və Çernoqoriya ilə bir qrupa düşüb.

Əsas diqqət gənclərdən ibarət komandaya ayrılacaq. Komandaın şərəfini Rüfət Quliyeva, Leyla Şirvani və Zərifə Əliyeva qorumalıdır. Tennisçilər ilkin mərhələdə Litva və Lüksemburqla qarşılaşmalıdır. Bu yaş kateqoriyasında cəmi 37 yığma iştirak edəcək. Buna görə də yerli idmançılarımız minimum tapşırıqları yerinə yetirmək üçün maksimum səy göstərməlidir.

Xəbər lenti

Xəbər lenti