...

Əzizbəyov rayonunda qanunsuz balıq ovu faktı aşkar edilib

Cəmiyyət Materials 24 İyul 2006 12:22 (UTC +04:00)

Su Nəqliyyatında Polis İdarəsinin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən keçirilən tədbir nəticəsində Bakı şəhəri Əzizbəyov rayonu Türkan qəsəbəsinin sakini vətəndaş Əmrahov Şair Həbib oğlu Xəzər dənizində partlayıcı maddələrdən istifadə edərək qanunsuz balıq ovu ilə məşğul olduğu üçün yaxalanıb.

Trend in nazirliyin mətbuat xidmətinə istinadən xəbər verdiyi kimi, yoxlama zamanı ondan 1 motorlu qayıq və 45 ədəd balıq aşkar edilib. Ekspertiza zamanı məlum olub ki, balıqlar partlayıcı maddələrdən istifadə edilərək ovlanıb.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 24 sentyabr tarixli qərarına əsasən, balıqovlama biletləri olmadan sənaye məqsədləri ilə balıqların ovlanması qadağandır.

Ətraf mühitə vurulmuş ziyanın ümumi məbləği 495 AZN təşkil edib.

Tərtib olunmuş sənədlərə əsasən, Əmrahov Şair Həbib oğluna qarşı cinayət işi qaldırılıb.

Xəbər lenti

Xəbər lenti