...

Ermənistanın işğalçı siyasəti ilə bağlı materiallar Kiyevdə təhsil alan xarici tələbələrə nümayiş etdirilib

Cəmiyyət Materials 24 İyul 2006 13:32 (UTC +04:00)

Kiyevdə T.Şevçenko adına universitetin xarici tələbələrinin yataqxanasında Ağdamın işğalının 13-cü illiyi ilə bağlı tədbir keçirilib. Bu barədə Trend ə tədbirin təşkilatçısı T.Şevçenko adına universitetin beynəlxalq münasibətlər fakültəsinin III kurs tələbəsi Mehriban Qaçaylı bildirib.

M.Qaçaylı qeyd edib ki, tədbirdə əsasən Türkiyə, İan və Afrika ölkələrindən 20-yə yaxın tələbə iştirak edib: "Tələbələrə Ermənistanın Azərbaycana qarşı işğalçı siyasəti ilə bağlı Azərbaycan Yolu Siyasi Hərəkatından Kiyevə göndərilən foto-şəkillər nümayiş etdirilib. Daha sora isə videolent göstərilib. Bununla da biz xarici tələbələrə Azərbaycanla bağlı əsl həqiqətləri çatdırdıq".

M.Qaçaylı onu da əlavə edib ki, tədbirdə sonra xarici tələbələrin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ problemi ilə bağlı sualları cavablandırılıb.

Xəbər lenti

Xəbər lenti