...

2006-cı ilin birinci yarısında Avropa Şurasının Bakıdakı İnformasiya ofisinə 466 vətəndaş müraciət edib

Cəmiyyət Materials 26 İyul 2006 15:11 (UTC +04:00)

2006-cı ilin birinci yarısında Avropa Şurasının Bakıdakı İnformasiya ofisinə İnsan haqları üzrə Avropa məhkəməsinə müraciət və məhkəmə prosedurlarına dair 466 Azərbaycan vətəndaşı müraciət edib. Bu barədə Trend ə Avropa Şurasının Bakıdakı İnformasiya ofisinin başçısı İlqar İbrahimli bildirib.

Onun sözlərinə görə, müraciət edənlər arasında həm Avropa məhkəməsinə müraciət etmək istəyən vətəndaşlar, həm də jurnalistlər və ya hüquqi prosedurlara dair məsləhət almaq istəyənlər var.

2005-ci ilin 6 ayı ərzində Avropa Şurasının İnformasiya ofisinə Avropa məhkəməsinə iddia vermək üçün 312 Azərbaycan vətəndaşı müraciət edib. Onlardan 181-i birbaşa ofisə müraciət edib, 131-i isə telefonla məsləhət alıb.

Xəbər lenti

Xəbər lenti