...

Keçmiş maliyyə naziri Fikrət Yusifovun məhkəməsinə hazırlıq iclası keçiriləcək

Cəmiyyət Materials 28 İyul 2006 12:29 (UTC +04:00)

Avqustun 2-də Bakı şəhəri, Nəsimi rayon Məhkəməsində keçmiş maliyyə naziri Fikrət Yusifovun cinayət işi üzrə məhkəmə prosesinə hazırlıq iclası keçiriləcək. Bu barədə Trend ə Nəsimi rayon Məhkəməsindən məlumat verilib.

Fikrət Yusifov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 278-ci maddəsi ilə (hakimiyyətin zorla ələ keçirilməsinə cəhd) təqsirli bilinir.

Keçmiş maliyyə naziri F.Yusifov keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyevlə, sonuncunun qardaşı, "Azpetrol" Şirkətlər Qrupunun keçmiş prezidenti Rafiq Əliyevlə, keçmiş səhiyyə naziri Əli İnsanovla və digərləri ilə cinayət əlaqəsinə girməkdə təqsirli bilinsə də, onun cinayət işi ümumi cinayət işindən ayrılaraq digərlərindən əvvəl məhkəmə baxışına göndərilib.

Qeyd edək ki, cinayət işi üzrə ibtidai istintaq Milli Təhlükəsizlik Nazirliyinin İstintaq İdarəsi tərəfindən aparılıb.

Xəbər lenti

Xəbər lenti