QMİ sədri İrana səfərini başa vurduqdan sonra Naxçıvan Muxtar Respublikasına gəlib
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxulislam Hacı Allahşükür Paşazadə İran İslam Respublikasına səfərini başa vurduqdan sonra Naxçıvan Muxtar Respublikasına (MR) gəlib. Bu barədə Trend in Naxçıvan MR-dəki bölgə müxbiri bildirib.
A.Paşazadə Naxçıvan MR Ali Məclisində görüş keçirib. Daha sonra isə QMİ sədri muxtar respublikada yerləşən "Fatmeyi-Zəhra" məscidində din xadimləri ilə görüşüb və məsciddə namaz qılıb, dua edib. A.Paşazadə "Əshabi-Kəf" ziyarətgahında da olub. Ziyarətgahda aparılan abadlıq işlərindən razı qalıb.
A.Paşazadə görüşlərində Naxçıvan MR-də məscidlərin tikintisini müsbət qarşılayıb. Qeyd edib ki, Naxçıvanda da dini dəyirlərlərə hörmətlə yanaşılması bir din xadimi kimi onu sevindirir.