...

Azərbaycanın taekvondo komandası açıq ölkə çempionatının qalibi olub

Cəmiyyət Materials 21 Avqust 2006 12:30 (UTC +04:00)

Azərbaycanın taekvondo yığması ilk dəfə Bakıda keçirilmiş açıq ölkə çempionatının qalibi olub.

Trend in xəbər verdiyi kimi, idman sarayında keçirilən yarışın ikinci günündə Ziya Qasımov (58 kq) və əvvəlcədən öz çəki dərəcəsində favorit sayılan, dünya çempionatları və Avropa mükafatçısı Təvəkkül Bayramov (+80 kq) qızıl medal qazanıb. Beləliklə, komanda "A" kateqoriyalı 10 Avropa turnirindən biri olan yarışın iki gününün yekunlarına görə 4 qızıl medal qazanaraq digər rəqiblərini geridə qoyub.

Qeyd etmək lazımdır ki, bu nüfuzlu yarışda 11 ölkədən olan idmançılar iştirak edib. Bir sıra yığmalar isə sentyabrda keçiriləcək Dünya Kubokuna hazırlıqla əlaqədar Bakıya gəlməyib.

Xəbər lenti

Xəbər lenti