Avqustun 26-27-də H.Əliyev adına İdman-Konsert kompleksində keçiriləcək cüdo üzrə Dünya kubokunda on iki ölkənin komandası iştirak edəcək.
Azərbaycan yığmasının baş məşqçisi Ağayar Axundzadənin Trend ə verdiyi xəbərə görə, yarışda Rusiya, Ukrayna, Belorusiya, İran, Türkiyə, İtaliya və bir çox ölkələrin atletləri iştirak edəcək. "İştirakçı-ölkələrin tərkibi qəti olaraq avqustun 24-ə qədər formalaşmalıdır. Lakin artıq indi demək olar ki, bir sıra komandaların tərkibinə ən nüfuzlu yarışların, o cümlədən Olimpiadanın mükafatçıları olan idmançılar da daxil olub. Ona görə də turnirin səviyyəsi kifayət qədər yüksək olacaq", - deyə məşqçi bildirib.
Qeyd etmək lazımdır ki, gələn ildən Bakıdakı yarış lisenziya statusu alacaq və burada cüdoçular 2008-ci ilin Olimpiya oyunlarında iştirak etməyə imkan verən reytinq xalları yığmağa başlayacaq.