...

Azərbaycanın qadınlardan ibarət voleybol üzrə yığması Çinə yola düşdü

Cəmiyyət Materials 29 Avqust 2006 11:19 (UTC +04:00)

Azərbaycanın qadınlardan ibarət voleybol üzrə yığması Qran-Prinin seçim turnirinin son mərhələsinin keçiriləcəyi Ninboya (Çin) yola düşüb.

Trend xəbər verir ki, yarış cədvəlinə əsasən, artıq yarışın birinci günü - sentyabrın 1-də Faiq Qarayevin yetirmələri Olimpiada qalibi titulunu daşıyan meydan sahibləri ilə oynayacaq.

Bir gün sonra komanda kubalılarla oynayacaq, son turda isə Polşadan olan Avropa çempionları ilə oyunda öz gücünü sınayacaq.

Azərbaycan voleybolçularının Qran-Pri yarışının finalına çıxmaq şanslarını hələ itirmədiklərini nəzərə alaraq, mövqelərini yaxşılaşdırmaq üçün onlar son görüşlərdə maksimal sayda xal toplamalıdırlar.

Xatırladaq ki, altı oyundan sonra yığma yeddi xalla cədvəldə doqquzuncu yerdədir.

Xəbər lenti

Xəbər lenti