...

Mətbuat Şurası "İTV mətbuat aynasında" kitabının təqdimatında baş verən olaylarla bağlı bəyanat yayıb

Cəmiyyət Materials 31 Avqust 2006 18:10 (UTC +04:00)

Azərbaycan Mətbuat Şurası iki gün öncə Beynəlxalq Mətbuat Mərkəzində "İTV mətbuat aynasında" kitabının təqdimat mərasimi zamanı baş verən xoşagəlməz olaylarla bağlı bəyanat yayıb. Bu barədə Trend ə Mətbuat Şurasından məlumat daxil olub.

Bəyanatda bildirilir ki, qarşılıqlı səmimiyyətin olmaması tədbiri qəzəbə və hikkəyə kökləyib və bunun nəticəsində tədbir iştirakçıları bir-birinə qarşı etik prinsiplərə zidd ifadələrə, davranışlara yol veriblər: "Yalnız ona görə narahat deyilik ki, təhqirə məruz qalanlar sırasında Mətbuat Şurasının İdarə Heyətinin üzvləri də var, eyni zamanda ölkə jurnalistlərinin qurultayı kimi mötəbər məclisdə seçki yolu ilə formalaşmış qurumun ünvanına bayağı ifadələr işlədilib, bu yolla ona qarşı hörmətsizlik nümayiş etdirilib. Ona görə narahatıq ki, baş verən hadisə zamanı jurnalistikamızın təməl prinsipləri pozulub, etik normalar tapdanıb, dialoq, fikir plüralizmi əvəzinə mediamıza başucalığı gətirməyən hərəkət və ifadələrə yol verilib"-deyə bəyanatda vurğulanır.

Həmçinin qeyd edilir ki, insidentə səbəb olan "İTV mətbuat aynasında" kitabında ölkənin bir sıra mətbuat vasitələrində gedən yalnız tənqidi, bəzən də təhqir ruhlu yazıların təkrar dərci və bu materiallarda İTV ilə bağlı müsbət fikirlərin ixtisarı onu göstərir ki, kitabda məqsəd heç də qurumun illik fəaliyyətinə obyektiv surətdə aydınlıq gətirmək deyil, telekanal və rəhbərliyinə qarşı açıq qərəz nümayiş etdirməkdir. Bu isə yolverilməzdir.

Xəbər lenti

Xəbər lenti