...

TQDK magistraturaya qəbul olmayan bakalavrların apellyasiya şikayətlərinə baxmağa başlayıb

Cəmiyyət Materials 1 Sentyabr 2006 14:55 (UTC +04:00)

Azərbaycanın Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2006-2007-ci tədris ili üçün ölkənin ali təhsil müəssisələrində magistraturaya qəbul ola bilməyən bakalavrların şikayətlərinə baxmağa başlayıb.

Bu barədə Trend ə TQDK-dan məlumat verilib.

Şikayətlərə sentyabrın 1-dən 5-dək baxılacaq.

Xatırladaq ki, Azərbaycan ali təhsil müəssisələrində magistraturaya qəbul imtahanları iyulun 23-də keçirilmişdi.

Bu il plan üzrə magistraturaya 4360 yer ayrılmışdı ki, bura da 10795 bakalavr ərizə vermişdi. Onlardan yalnız 2701-i qəbul olunub.

Xəbər lenti

Xəbər lenti