...

"Heydər Əliyev irsi və Azərbaycan gəncliyi" adlı çoxseriyalı elmi-publisistik film istehsalına başlanacaq

Cəmiyyət Materials 2 Sentyabr 2006 11:56 (UTC +04:00)

İdman və Gənclər Nazirliyi "Heydər Əliyev irsi və Azərbaycan gəncliyi" adlı çoxseriyalı elmi-publisistik filmin istehsalına başlamağı planlaşdırıb. Bu barədə Trend ə adıçəkilən nazirliyin mətbuat xidmətinin rəhbəri Raqif Abbasov bildirib.

R.Abbasov onu da qeyd edib ki, sentyabrın 10-a planlanlaşdırılan tədbirlər sırasında "Düşün.Yarat, Qalib ol" devizi altında gənclər arasında informasiya texnologiyaları üzrə müsabiqə və "Hər kəs fərqlidir - hər kəs bərabərdir" ümumavropa kampaniyası çərçivəsində tədbirlər keçiriləcək.

Nazirliyin rəsmisi onu da əlavə edib ki, sentyabrın 10-da İnternet oyunlarının ilk mərhələsi başa çatacaq. İki mərhələdən ibarət olan bu yarşmanın qalibləri oktyabrda İtaliyada keçiriləcək 5-ci kompüter oyunlarına vəsiqə qazanacaq.

Adıçəkilən nazirliyin xətti ilə sağlam həyat tərzinin təbliğatı sahəsində şimal, qərb, cənub bölgəsinə və sentyabrın ortalarında mərkəzi aran zonasında təşviqat kampaniyaları keçiriləcək. R.Abbasov onu da vurğulayıb ki, yerli gənclər və idman idarələri nəzdində hərbi vətənpərvərlik klublarının yaradılması işinə başlanılıb. Artıq 6 klub fəaliyyətə başlayıb. Klubların ümumi sayı 15 olacaq.

Xəbər lenti

Xəbər lenti