...

Azərbaycanın texnikumlarına qəbul imtahanlarının tarixi müəyyən olunub

Cəmiyyət Materials 4 Sentyabr 2006 16:43 (UTC +04:00)

Sentyabrın 8-də Azərbaycanda texnikumlara qəbul imtahanları olacaq. Bu barədə Trend ə Azərbaycanın Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) bildirilib.

İmtahanlar Bakı, Sumqayıt, Gəncə, Naxçıvan, Lənkəran, Mingəçevir, Şəki və Göyçay texnikumları üçün keçiriləcək. 2006-2007-ci tədris ili üçün texnikumlarda 8014 plan yeri ayrılıb, sənəd verən abituriyentlərin sayı isə 10353 nəfərdir.

Abituriyentlər Azərbaycan dili və ədəbiyyatı, tarix və cəbrdən imtahan verməlidirlər.

İmtahanların nəticələri bir həftədən sonra "Abituriyent" jurnalında dərc olunacaq.

Xəbər lenti

Xəbər lenti