...

Hacı Məmmədovun dəstə üzvü Nailə Quliyeva pulları Zakir Nəsirovla bölüşdüklərini söyləyib

Cəmiyyət Materials 5 Sentyabr 2006 14:25 (UTC +04:00)

Sentyabrın 5-də H.Məmmədovun dəstə üzvü Nailə Quliyeva adam oğurladıqlarından əldə olunan pulların Zakir Nəsirovla bölüşdüyünü məhkəmədə təstiqləyib. Trend in xəbərinə görə, H. Məmmədovun və onun başçılıq etdiyi bandanın cinayət işi üzrə məhkəmə istintaqı Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan məhkəməsində hakim Əli Seyfəliyevin sədrliyi ilə keçirilir.

"Dəstə tərəfindən oğurlananlardan biridə Dövlət Sığorta Şirkətinin prezidentinin oğlu Əhməd Məmmədov olub. Əhmədin azad olunması üçün alınmış küllü məbləğin bir hissəsi Zakir Nəsirova çatıb", deyə N.Quliyeva söyləyib.

N.Quliyevanın sözlərinə görə, Beynəlxalq Bankın prezidenti Cahangir Hacıyevin arvadı Zamirə Hacıyevanın oğurluğunuda Zakir Nəsirov sifariş edib. Daha sonra vəkil Adıl İsmaylov N. Quliyevaya suallar verib. N.Quliyeva vəkilin suallarını cavablandırmaqdan imtina edib. Vəkil təqsirləndirilən şəxsdən bunun səbəbini soruşduğda N.Quliyeva bildirib: "Sadəcə olaraq məhs sizin suallarınızı cavablandırmaq istəmirəm".

H.Məmmədov N. Quliyevanın keçmiş vəkili Cahangir Cavadovun vəkillər kollegiyasından çıxarılması ilə bağlı VK (vəkillər kollegiyası) müraciət edilməsi və barəsində cinayət işi qaldırılması lə bağlı məhkəmə qarşısında vəsatət qaldırıb.H Məmmədov vəsatətini belə əsaslandırıb: "Vəkil ibtidai istintaq vaxtı istintaqçılarla əlbir olaraq prsessual qanunvericiliyə zidd hərəkətlər edib və bu yolla N.Quliyevadan mənim əleyhimə saxta ifadələr alınıb".

Lakin, məhkəmə H.Məmmədovun vəsadətini təmin etməyib.Hakim bunu onunla əsaslandırab Ki, bir təqsirləndirilən şəxs digər təqsirləndirilən şəxsin vəkili barəsində vəsatət qaldıra bilməz. Məhkəmə iclası N.Quliyevanın dindirilməsi ilə davam edir.

Xəbər lenti

Xəbər lenti