Azərbaycanın insan haqları üzrə müvəkkili Elmira Süleymanova Prezidentin İcra Aparatı, Mərkəzi Seçki Komissiyası və Ədliyyə Nazirliyi ilə birgə oktyabrın 6-da ölkədə keçiriləcək bələdiyyə seçkiləri çərçivəsində əhali arasında maarifləndirmə işlərinin artırılması məqsədilə tədbirlər, seminar və müşavirələr keçirir. Trend in Ombudsman Aparatının mətbuat xidmətinə istinadən xəbər verdiyi kimi, belə tədbirlərdən biri Sabirabad rayonunda keçirilib. Bu tədbirdə Əlibayramlı, Sabirabad, Hacıqabul, Neftçala, Salyan, İmişli və Saatlı rayonlarının icra hakimiyyətləri, bələdiyyə, seçki komissiyaları, məhkəmə, polis və prokurorluq orqanlarının nümayəndələri iştirak edib.
Analoji tədbir Cəlilabad rayonunda da keçirilib. Bu tədbirdə Cəlilabad, Biləsuvar, Astara, Masallı, Lerik, Lənkəran və Yardımlı rayonlarının müvafiq orqanlarının nümayəndələri iştirak edib.