...

Azərbaycanın cüdo üzrə yığması Avropa birinciliyinin ümumi hesabatında on birinci yeri tutub

Cəmiyyət Materials 11 Sentyabr 2006 10:52 (UTC +04:00)

Azərbaycanın cüdo üzrə yığması Tallində keçirilmiş gənclər arasında Avropa birinciliyinin yekunlarına görə ümumi hesabatda on birinci yeri tutub.

Trend xəbər verir ki, komanda yoxlamasında kollektivimiz Ermənistan, İsrail, Polşa, Sloveniya, Yunanıstan və bir çox digər ölkələri geridə qoyub. Həm də hesabata yalnız yarış mükafatçılarının nümayiş etdirdiyi nəticələr deyil, həm də Estoniyada beşinci yeri tutan idmançıların nəticələri daxil olub. Nəticədə, bir gümüş və bir bürünc mükafatı olan yığma iyirmi iki ölkənin komandasını qabaqlaya bilib.

Birinciliyin qalibi isə Fransa olub. Həmin yığmanın aktivində dörd qızıl, iki gümüş və üç bürünc medal var. İkinci və üçüncü yerlərdə isə, müvafiq olaraq, Hollandiya və Ukrayna yerləşib.

Xəbər lenti

Xəbər lenti