...

Hacı Məmmədovun məhkəməsində Kamil Sədrəddinovla məhkəmə nəzarətçiləri arasında mübahisə düşüb

Cəmiyyət Materials 11 Sentyabr 2006 18:05 (UTC +04:00)

Sentyabrın 11-də Hacı Məmmədovun məhkəməsində DİN Baş Cinayət Axtarış İdarəsinin keçmiş şöbə rəisi Kamil Sədrəddinovla məhkəmə nəzarətçiləri arasında mübahisə düşüb. Trend in xəbərinə görə, H. Məmmədovun və onun başçılıq etdiyi bandanın cinayət işi üzrə məhkəmə istintaqı Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan məhkəməsində hakim Əli Seyfəliyevin sədrliyi ilə keçirilir.

Mübahisəyə səbəb K.Sədrəddinovun bacısınnın məhkəmə zalında daxili nizam-intizamı pozması olub. Nəzarətçilər qadını nizam-intizama dəvət etdikdə K.Sədrəddinov məsələyə müdaxilə edib və mübaisə yaranıb. Hakimin müdaxiləsindən sonra məhkəmə zalında sabitlik bərpa olunub və məhkəmə iclası Aslanbek Çintamirovun ifadəsi ilə davam edib.

O göstərib ki, biznesmen Vaqif Qədimzadənin oğlu İlham Qədimzadəni oğurladıqdan sonra H.Məmmədovun göstərişilə qulağını kəsib. "Oğurladığımız şəxsin atası onu azad etmək üçün pul vermək istəmirdi. Biz də belə qərara aldıq ki, İlhamın qulağını kəsib zərfdə atasına göndərək. Bu hərəkətimiz V.Qədimzadəyə xəbərdarlıq idi. Biz ona məktub yazmışdıq ki, əgər pul verməsə, yaxın vaxtlarda oğlunun meyitini ona göndərəcəyik. Yalnız bundan sonra V.Qədimzadə istənilən məbləği ödədi və biz onun oğlunu azad etdik".

A.Çintamirov həmçinin Əhməd Məmmədovun oğurlanması epizodu ilə bağlı ifadə verib. O bildirib ki, Ə.Məmmədovun oğurlanmasından 650 min ABŞ dolları əldə edilib və Hacı Məmmədov həmin pulu dəstə arasında bölüşdürüb.

Sonra A.Çintamirov İmran Bağırov adlı şəxsin oğurlanması və digər epizodlar ətrafında ifadə verib. O, adam oğurluqlarından əldə olunmuş pullardan DİN Baş Cinayət Axtarış İdarəsinin keçmiş rəisi Zakir Nəsirova və keçmiş şöbə rəisi Kamil Sədrəddinova çatıb-çatmaması barədə məlumatsız olduğunu bildirib. Məhkəmə iclası sentyabrın 12-də davam edəcək.

Xəbər lenti

Xəbər lenti