...

"24 saat" qəzeti baş redaktorunun yeni məhkəməsi sentyabrın 13-dək təxirə salınıb

Cəmiyyət Materials 12 Sentyabr 2006 17:28 (UTC +04:00)

"24 saat" qəzetinin baş redaktoru Fikrət Fəraməzoğluna qarşı qaldırılan yeni iddia ərizəsi ilə bağlı məhkəmə prosesi Nəsimi Rayon Məhkəməsində hakim Məmmədəli Zülfüqarovun sədrliyi ilə keçirilən iclasda sentyabrın 13-dək təxirə salınıb. Bu barədə Trend ə Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun təmsilçisi Emin Hüseynov bildirib.

Qeyd edək ki, iddia ərizəsi millət vəkili Cavid Qurbanov tərəfindən verilib. E.Hüseynovun bildirdiyinə görə, iddiaçının nə özü, nə də nümayəndəsi prosesə qatılıb. O da bildirilib ki, məhkəməyə təqdim olunan sənədlər yenidən hazırlanmalıdır.

Onu da bildirək ki, C.Qurbanov məhkəməyə şərəf və ləyaqətin mədafiəsi iddiası ilə müraciət edib.

Sentyabrın 7-də də proses təxirə salınmışdı. Onda buna iddiaçının nəmayəndəsinin etibarnaməsindəki qüsurlar səbəb olmuşdu.

Xəbər lenti

Xəbər lenti