...

Azərbaycanda Xəzərin ekoloji problemlərinə həsr olunmuş beynəlxalq seminar keçiriləcək

Cəmiyyət Materials 21 Sentyabr 2006 17:07 (UTC +04:00)

Azərbaycanda Xəzərin ekoloji problemlərinə həsr olunmuş beynəlxalq seminar keçiriləcək. Bu barədə Trend ə Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib.

"Xəzər dənizinin ekoloji problemləri" mövzusunda seminar sentyabrın 23-də Şirvan Milli Parkında keçiriləcək.

Tədbir "Xəzər çoxqütblü dünyanın mərkəzidir" forumu çərçivəsində baş tutacaq. 5 Xəzəryanı ölkə və Gürcüstanın iştirakı ilə keçiriləcək görüşdə Xəzər dənizinin çirklənməsinin qarşısının alınması, yaranmış problemlərin həlli yolları, bioloji ehtiyatların mühafizəsi, bu sahədə əməkdaşlığın inkişaf etdirilməsi, birgə layihələrin gerçəkləşdirilməsi üzrə perspektivli planlar və s. müzakirə olunacaq.

Seminar Azərbaycanın Ekologiya Nazirliyi tərəfindən təşkil olunur.

Xəbər lenti

Xəbər lenti