...

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Milli Fəaliyyət Planını müzakirəyə çıxardı

Cəmiyyət Materials 22 Sentyabr 2006 16:12 (UTC +04:00)

Sentyabrın 22-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Milli Fəaliyyət Planının hazırlanmasına həsr olunmuş dəyirmi masa keçirilib. Trend in məlumatına görə, tədbirdə fəaliyyət planının ilkin variantı müzakirə olunub. Komitənin sədri Hicran Hüseynova tədbir iştirakçılarının diqqətinə çatdırıb ki, 2005-ci ilin oktyabr ayında UNİSEM və Azərbaycan höküməti arasında anlaşma məktubu imzalanıb. Həmin sənədə əsasən bir sıra tədbirlər həyata keçirilib. Qısa müddət ərzində hazırlanmış Milli Fəaliyyət Planının ilkin variantı ilə bağlı təklif və rəylər əhəmiyətlidir.

"Milli Fəaliyyət Planın hazırlanması çox vacib bir məsələdir. Onun hazırlanması ailə və qadın məsələlərində Azərbaycan Respublikasının qanunlarını daha da effektiv şəkildə həyata keçirməyə və qanunlardakı boşluqları doldurmağa istiqamətləndirilib. Plan Azərbaycanın Konstitusiyasına və ölkəmizin tərəfdar çıxdığı beynəlxalq müqavilələrə əsaslanmalıdır ", deyə Komitə sədri qeyd edib.

Sonra dəirmi masa iştirakçıları Milli Fəaltyyət Planının ilkin variantı ətrafında təklif və rəyləri müzakirə ediblər.

Xəbər lenti

Xəbər lenti