16 Misir vətəndaşı təhsillərini Azərbaycanın ali məktəblərində davam etdirmək məqsədilə respublikaya gəlib. Bu barədə Trend ə Azərbaycanın Təhsil Nazirliyindən məlumat verilib.
Misirli tələbələr hər iki ölkənın təhsil nazirlikləri arasında imzalanmış əməkdaşlıq haqqında müqavilə üzrə təhsil alacaq. Onların 13-ü Dövlət Neft Akademiyasına, 2-si Memarlıq və İnşaat Univesitetinə, 1-i isə Dövlət Tibb Universitetinə göndəriləcək.