...

Azərbaycanın sərbəst güləşçisi Elman Əsgərov Dünya çempionatında bürünc mükafat uğrunda mübarizə aparacaq

Cəmiyyət Materials 28 Sentyabr 2006 15:25 (UTC +04:00)

Azərbaycanın sərbəst güləşçisi Elman Əsgərov (66 kq) Quançjouda keçirilən Dünya çempionatında bürünc mükafata iddia edir.

Trend xəbər verir ki, debyut döyüşündə Avropa birinciliyinin ikiqat gümüş mükafatçısı Kamerundan olan Luen Çabinin kürəyini yerə vurub və sonra hindistanlı Kumar Suşilin üzərində qələbə çalıb. Lakin yarımfinalda Elman Albert Batırova qalib gələ bilməyib və indi axşamkı döyüşdə öz gücünü sınayacaq.

Eyni zamanda mundial Elnur Aslanov üçün uğursuz olub. O, 74 kq-a qədər çəki dərəcəsi üzrə ilk görüşdə gürcü Gela Saqiraşviliyə məğlub olub.

Xatırladaq ki, yığmamızın aktivində artıq Olimpiya çempionu Namiq Abdullayevin (55 kq) səyləri nəticəsində qazanılmış bürünc mükafat var.

Xəbər lenti

Xəbər lenti