...

Üç azərbaycanlı basketbolçu karyeralarını Litvada davam etdirə bilər

Cəmiyyət Materials 2 Oktyabr 2006 13:45 (UTC +04:00)

Trend-i buradan izləyin

"Qala" klubunda çıxış edən üç azərbaycanlı basketbolçu yaxın vaxtlarda Litva klubları sıralarını doldura bilər.

Milli Federasiyanın mətbuat katibi Ramin Kəsəmənskinin Trend ə verdiyi məlumata görə, hazırda Zaur Paşayev "Albara" klubuna keçməsi ilə bağlı qəti qərar verib və vizasını rəsmiləşdirir. "Litvalılar Fuad Niftalıyev və David Barbakadzenin də əldə olunmasında maraqlıdır və indiyədək onların transferi üzrə danışıqlar davam etdirilir. Danışıqların nə zaman başa çatacağı məlum deyil. Amma vaxt azalır", - deyə R.Kəsəmənski qeyd edib.

Maraqlıdır ki, yığmanın kapitanı Tahir Baxşıyev də "Albara"da çıxış etməsi ilə bağlı uğurlu danışıqlar aparıb. Ancaq o, daha sonra "NTD Servis Devon" klubunda çıxış etməyə üstünlük verib.

Xəbər lenti

Xəbər lenti