...

Yunan-Roma güləşi üzrə 2007-ci il Dünya Çempionatı Azərbaycanda keçiriləcək

Cəmiyyət Materials 2 Oktyabr 2006 18:15 (UTC +04:00)

Trend-i buradan izləyin

Yunan-Roma güləşi üzrə Dünya Çempionatının 2007-ci ildə Azərbaycanda keçirilməsi məsələsi Çinin Quandsou şəhərində Beynəlxalq Güləş Federasiyasının (FİLA) büro iclasında təsdiqlənib. Bu barədə Trend ə Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Raqif Abbasov bildirib.

Onu da bildirək ki, Dünya Çempionatının Azərbaycanda keçirilməsi təklifi rəsmi Bakıdan iərli sürülüb.

Nazirliyin rəsmisi qeyd edib ki, adıçəkilən Dünya Çempionatının Azərbaycanda keçirilməsinin hazırlıq işlərinin, texniki məsələlərinin, viza şərtlərinin yoxlanılması məqsədilə bu ilin oktyabr-noyabr ayında FİLA-nın ekspertləri Azərbaycana səfər edəcək. R.Abbasov onu da vurğulayıb ki, nazir Azad Rəhimovun rəhbərlik etdiyi nümayəndə heyəti 2005-ci ilin martında Çin Xalq Respublikası ilə imzalanan "Gənclər, İdman və Turizm Nazirliyi ilə Ümumçi Gənclər Federasiyası arasında gənclərlə iş sahəsində əməkdaşlıq haqqında saziş"in müddəalarının yerinə yetiridlməsinin vəziyyətini müzakirə etmək üçün Çində səfərdə olub.

Səfərin ilk günü Çinin İdman işləri üzrə Dövlət İdarəsində idarənin rəis müavini Yuy Tsaytsinlə görüş keçirilib. Elə həmin gün Ümumçi Gənclər Federasiyasının sədri Yan Yue ilə də görüş təşkil olunub. Hər iki ölkədə gənclərin problemləri haqqında məsələlər müzakirə olunub.

Xəbər lenti

Xəbər lenti