Sentyabrın 15-dən oktyabrın 6-dək Bakı şəhəri ərazisində atmosferi çirkləndirməkdə təqsirləndirilən təqribən 7000 sürücü cərimələnib. Bu bərədə Trend ə Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin təbliğat və təşviqat şöbəsinin rəisi Vaqif Əsədov məlumat verib.
"Təmiz hava" aylığı çərçivəsində magistral yollarda keçirilən reydlər nəticəsində atmosfer havasını müəyyən olunmuş normadan artıq çirkləndirən sürücülər tərəfindən ümumilikdə 1290 manat məbləğində cərimə ödənilib.
"Təmiz hava" ağlıqı davam edir.